Türkiyə Super Liqasında 2022/2023 mövsümünün sonuncu - 38-ci turunun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu "Konyaspor" səfərdə "Beşiktaş"ın qonağı olub. Qarşılaşma 3:3 hesablı bərabərliklə başa çatıb.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. 46-cı dəqiqədə meydana daxil olan 26 yaşlı forvard 1 dəqiqə sonra qol vurub.
Bu nəticədən sonra xallarını 51-ə yüksəldən "Konyaspor" mövsümü 8-ci pillədə başa vurub.
saytlarin hazirlanmasi