Mahir Emreli "Konyaspor"a qayıtmayacaq

13:20 - 8 İyun 2023

Milli komandamızın üzvü Mahir Emreli icarə əsasında çıxış etdiyi "Konyaspor"dan Superliqanın son turunun "Beşiktaş"la (3:3) oyunundan sonra düşərgəni tərk edib və komandasına təşəkkür edib.

Sportal.az saytına verilən məlumata görə, 26 yaşlı futbolçu 2026-cı ilin yayına qədər müqaviləsi olduğu “Dinamo”ya qayıtmalıdır.

Türkiyə klubu millimizin forvardını transfer etmək hüququna sahib olsa da, Azərbaycan millisinin forvardının yeni mövsümə başqa klubda başlayacağı ehtimalı var. Emrelinin yeni mövsümə Zaqreb klubunun düşərgəsində hazırlaşacağı gözlənilir. 

Xəbər xətti