"Qalatasaray" belçikalı futbolçu ilə danışıqlara başladı

17:58 - 8 İyun 2023

Türkiyə çempionu olan "Qalatasaray" növbəti mövsüm üçün iddialı heyət qurmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiə xəttini "Lester Siti" ilə müqaviləsi başa çatan Yuri Tilemansla gücləndirmək istəyir. Bu barədə "TRT Spor" məlumat yayıb.

"Sarı-qırmızılar" 26 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayıb. Tərəflər arasında ilk danışıqların uğurlu keçdiyi bildirilir. "Qalatasaray" belçikalı futbolçu ilə müqavilə şərtlərini müzakirə etməyə başlayacaq.

Qeyd edək ki, Yuri Tilemans "Lester Siti"yə 2019-cu ilin yayında "Monako"dan keçmişdi. Belçika millisinin üzvü başa çatan mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti