Mahir Emreli: "Məni ayağa qaldıran atmosfer idi"

18:16 - 8 İyun 2023

Mövsümün ikinci yarısını icarə əsasında "Konyaspor"da keçirən Mahir Emreli Türkiyə mətbuatına açıqlama verib.

Sportal.az xəbər verir ki, "Anadolu bugün" nəşrinə danışan 26 yaşlı forvard yaxşı mövsüm keçirmədiyini bildirib:

"Türkiyədə oynamaq çox qürurverici və mükəmməl hiss idi. Mənim üçün gözəl təcrübə oldu. Mədəniyyəyt və ünsiyyət baxımından problem yaşamadım. Adaptasiya problemi olmadı. Komandaya çətin dönəmdə gəldim. Çox böyük zəlzələ fəlakəti yaşandı. Futbol baxımından sadəcə ilk zamanlarda uyğunlaşma problemi yaşadım. Bunu da statistikalrda görə bilərsiniz.

Bəlkə də matçların çoxunda pis təsir bağışlamadım. Amma statistika olaraq həm "Dinamo"da, həm də "Konyaspor"da məyusedici bir mövsüm oldu. Psixoloji olaraq da çətin olur. İnşallah belə bir mövsüm mənim üçün sonuncu olar. Çox şükür ki, həm mənim üçün həm də komanda üçün mövsümün sonu yaxşı oldu. Məni ayağa qaldıran atmosfer idi. Bu cür atmosferlərdə futbolçular daha çox oynamaq istəyir".

"Konyaspor"la icarə müddəti başa çatan Mahir Emreli müqavilə ilə məxsus olduğu Zaqreb "Dinamo"suna qayıdıb.

Xəbər xətti