"Arsenal"dan "Qalatasaray"ın futbolçusu üçün 25 milyon avroluq təklif

20:41 - 8 İyun 2023

"Qalatasaray"ın müdafiəçisi Viktor Nelsson karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, danimarkalı mərkəz müdafiəçisinin xidmətində "Arsenal" maraqlıdır. Bu barədə "Mirror" nəşri məlumat yayıb. "Topçular" Türkiyə klubuna 24 yaşlı futbolçunun müqaviləsində yer alan 25 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, "Qalatasaray" Viktor Nelssonu 2021-ci ildə "Kopenhagen"dən transfer edib. Danimarka millisinin üzvü cari mövsümdə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti