Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanına üz tuta bilər.
Sportal.az xəbər verir ki, ərəblərin növbəti hədəfi "Mançester Siti"də çıxış edən İlkay Gündoğandır. Bu barədə "Evening Standard" nəşri məlumat yayıb. Asiyalılar İngiltərə klubu ilə müqaviləsi başa çatan türk əsilli yarımmüdafiəçiyə 3 illik müqavilə üçün 81 milyon avro maaş təklif ediblər.
Qeyd edək ki, Kriştiano Ronaldo, Kərim Benzema kimi ulduz futbolçular Səudiyyə Ərəbistamnı klublarına transfer olublar. Bu siyahıya Luka Modriç, Nqolo Kante, Huqo Lloris və digərlərinin də qoşulacağı gözlənilir.
saytlarin hazirlanmasi