Benzema "Əl İttihad"a keçidinin səbəbini açıqladı

11:11 - 9 İyun 2023

Səudiyyə Ərəbistanının "Əl İttihad" klubuna transfer olan Kərim Benzema seçiminin səbəbini izah edib.

Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçu müsəlman ölkəsi olduğu üçün Səudiyyə Ərəbistanına getdiyini bildirib:

"Yeni klubuma oyunumla kömək etmək istəyirəm. Burada kuboklar qazanacağıma ümid edirəm. Mən müsəlmanam və Səudiyyə Ərəbistanı müsəlman ölkəsidir. Həmişə müsəlman ölkədə yaşamaq istəmişəm".

Qeyd edək ki, Kərim Benzema "Əl İttihad"la 3 illik müqavilə imzalayıb.

Xəbər xətti