"Leyptsiq"dən ayrılan futbolçu "Bavariya"da

13:12 - 9 İyun 2023

Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi "Leyptsiq"lə müqaviləsi başa çatan Konrad Laymeri rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Bavariya" avstriyalı yarımmüdafiəçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayıb.

Qeyd edək ki, Konrad Laymer "Leyptsiq"ə 2017-ci ilin yayında "Zaltsburq"dan transfer olunmuşdu. 26 yaşlı futbolçu başa çatan mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti