"Fənərbaxça" ulduz futbolçuya 2 illik müqavilə təklif etdi

13:44 - 9 İyun 2023

Türkiyənin "Fənərbaxça" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "İnter"lə müqaviləsi başa çatan Edin Cekodur. Bu barədə "La Repubblica" nəşri məlumat yayıb.

"Fənərbaxça" 37 yaşlı forvarda illik 4 milyon avro olmaqla 2 illik müqavilə təklif edib. Təcrübəli futbolçunun bu təklifə isti yanaşdığı bildirilir.

Qeyd edək ki, "İnter" Edin Cekonu 2021-ci ilin yayından "Roma"dan transfer edib. Bonsiya və Herseqovina millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti