"Valensiya" türk müdafiəçini transfer etdi

13:58 - 9 İyun 2023

İspaniyanın "Valensiya" klubu "Lion"dan icarəyə götürdüyü Cenk Özkacarla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi türk futbolçunu birdəfəlik transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Yarasalar" 22 yaşlı mərkəz müdafiəçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Valensiya" Cenk Özkacarı 2022-ci ilin yayında "Lion"dan icarəyə götürmüşdü. Türkiyə millisinin üzvü komandanın heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti