"Fənərbaxça"nın futbolçusuna Premyer Liqadan təkliflər

14:52 - 9 İyun 2023

"Fənərbaxça"nın futbolçusu Bray Osayi-Samuel İngiltərə Premyer Liqasında oynaya bilər.

Sportal.az xəbər verir ki, nigeriyalı futbolçunun xidmətində "Aston Villa" maraqlıdır. Birmingem təmsilçisi 25 yaşlı futbolçu üçün "sarı-lacivərtlilər"la danışıqlara başlayacaq. "Fənərbaxça" oyunçusu üçün 10 milyon avro tələb edir.

"Lids Yunayted", "Bornmut" və "Reyncers" də Osayi-Samueli transfer etmək istəyən klublar sırasındadır.

Qeyd edək ki, "Fənərbaxça" Bray Osayi-Samueli 2021-ci ilin yanvar ayında QPR-dən transfer edib. Nideriya millisinin üzvü son mövsümdə Türkiyə təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti