"Liverpul"dan ayrılan futbolçu Almaniyaya qayıdır

15:13 - 9 İyun 2023

"Liverpul"dan ayrılan Nabi Keyta Almaniya Bundesliqasına qayıdacaq.

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Verder"ə keçəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Qvineyalı futbolçunun Bremen təmsilçisi üçün artıq tibbi müayinədən keçdiyi bildirilir. Təcrübəli orta xətt oyunçusu yaxın günlərdə "Verder"lə 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Liverpul" Nabi Keytanı 2018-ci ilin yayında "Leyptsiq"dən transfer etmişdi. Qvineya millisinin üvzü son mövsümdə Premyer Liqa təmsilçisinin heyətində 13 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti