"Atalanta"da çıxış edən Merih Demiral komandadan ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, baş məşqçi Can Pyero Qasperini ilə münasibətləri yaxşı olmayan türk futbolçu ölkəsinə qayıda bilər. 25 yaşlı mərkəz müdafiəçisinin "Qalatasaray"a keçməyə yaxındır. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, "Atalanta" Merih Demiralı 2022-ci ilin yayında"Yuventus"dan transfer edib. Türkiyə millisinin üzvü Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi