"Real" sabiq futbolçusunu qaytardı

16:53 - 9 İyun 2023

İspaniyanın "Real" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Raye Valyekano"dan Fran Qarsiyanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Real" 23 yaşlı sol cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalayıb. 12 iyun tarixində oyunçunun təqdimat mərasimi keçiriləcək.

Qeyd edək ki, Fran Qrasiya "Real"ın yetirməsidir. "Kral klubu" ispan müdafiəçini 2021-ci ilin yayında "Rayo Valyekano"ya satmışdı. İspaniya U-21 millisinin üzvü son mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti