Futzal üzrə Niderland millisinin baş məşqçisi Migel Andres komandasının Azərbaycan, Rumıniya və Qazaxıstanla A qrupunda mübarizə aparacağı DÇ-2024-ün elit-raundunun püşkatmasının nəticələrini dəyərləndirib.
Sportal.az xəbər verir ki, "Haaglanden Voetbal"a danışan mütəxəssis komandasının şanslarından söz açıb:
"Güclü komandalarla bir qrupa düşmüşük. Lakin ondan əvvəl də püşkatmada hansı komandaların olduğunu qiymətləndirərək bu nəticəni bilirdik. Yarışın bu mərhələsində yalnız peşəkar və yüksək səviyyəli futzal oynayan ölkələr iştirak edir. Bizim üçün burada çox şey öyrənməyimiz və komanda olaraq inkişaf etməyə davam etməyimiz vacibdir. Açığı, biz qrupun favoriti deyilik, amma şans həmişə var və onu axtaracağıq. Günün sonunda qrupdakı bütün komandalar sıfır xalla başlayır".
saytlarin hazirlanmasi