Millimizin üzvünün qardaşı rekord məbləğə transfer oldu

11:58 - 10 İyun 2023

"Feyenoord"un kapitanı Orkun Kökçü karyerasını Portuqaliyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Benfika" 22 yaşlı yarımmüdafiəçini transfer edib. Türk futbolçu yeni klubu ilə müqavilə imzalamaq üçün artıq Lissabona gedib.

"Benfika" Orkun üçün Niderland klubuna 30 milyon avro təzminat ödəyəcək. Bu, Portuqaliya təmsilçisi üçün rekord məbləğdir. Türkiyə millisinin üzvü "Benfika" ilə 5 illik sözləşmə imzalayacaq.

Orkun Kökçü "Feyenoord"un yetirməsidir. Yarımmüdafiəçi son mövsümdə Roterdam təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Orkunun qardaşı Ozan Can Kökçü Azərbaycan milli komandasının üzvüdür.

Xəbər xətti