Portuqaliyanın "Benfika" klubu müqaviləsi başa çatan Nikolas Otamendi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Lissabon təmsilçisi argentinalı mərkəz müdafiəçisi ilə yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı futbolçu 2025-ci ilin yayına kimi paytaxt təmsilçisində qalacaq.
Nikolas Otamendi 2020-ci ilin yayından "Benfika"da çıxış edir. Dünya çempionu son mövsümdə komandanın heyətində meydana çıxdığı 46 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Yuventus" Otamendini heyətinə qatmaq istəyirdi.
saytlarin hazirlanmasi