"Borussiya"nı "Ayntraxt"a dəyişdi

14:59 - 10 İyun 2023

Almaniyanın "Ayntraxt" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Frankfurt təmsilçisi "Borussiya"dan (Dortmund) icarəyə götürdüyü Ansqar Knauffun transfer hüquqlarına yiələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı vingerlə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Ayntraxt" Ansqar Knauffu 2022-ci ilin yanvar ayında icarəyə götürmüşdü. Almaniya U-21 millisinin üzvü son mövsümdə komandanın heyətində meydana çıxdığı 33 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti