İspaniyanın "Real" klubu icarə əsasında "Milan"da çıxış edən Brahim Diasla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi 23 yaşlı yarımmüdafiəçini geri qaytarıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspan vinger növbəti mövsümdən etibarən "Real"da çıxış edəcək. "Kral klubu" onun müqaviləsinin müddətini 2027-ci ilin yayına kimi uzadıb.
Qeyd edək ki, "Real" Brahim Diası 2019-cu ilin yanvar ayında "Mançester Siti"dən transfer edib. ispaniya millisinin üzvü son üç mövsümü icarə əsasında "Milan"da keçirib.
saytlarin hazirlanmasi