"Beşiktaş" Kuarejmanı transfer etmək istəyir

16:35 - 10 İyun 2023

Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Arouka"da çıxış edən Mateus Kuarejma ilə maraqlanır. Bu barədə "Grupo A Hora" məlumat yayıb. "Qara qartallar" 26 yaşlı sol cinah müdafiəçisinin transferi üçün Portuqaliya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Arouka" Mateus Kuarejmanı 2020-ci ilin oktyabr ayında Braziliyanın "Lajeadense" klubundan transfer edib. Braziliyalı müdafiəçi son mövsümdə komandanın heyətində meydana çıxdığı 41 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti