"Beşiktaş" xorvatiyalı üçün "Milan"a rəsmi təklif göndərdi

18:33 - 10 İyun 2023

"Beşiktaş" yeni mövsüm üçün transfer fəaliyyətini davam etdirir.

Sportal.az xəbər verir ki. "qara qartallar"ın gündəmində olan futbolçulardan biri "Milan"da çıxış edən Ante Rebiçdir. İstanbul təmsilçisi 29 yaşlı yarımmüdafiəçi üçün İtaliya klubuna rəsmi təklif göndərib. "Beşiktaş" A Seriyası təmsilçisinin cavabını gözləyir.

Qeyd edək ki, "Milan" Ante Rebiçi 2020-ci ilin yayında "Ayntraxt"dan transfer edib. Xorvatiya millisinin üzvü son mövsümdə "rossonerilər"in heyətində meydana çıxdığı 31 rəsmi matçda 3 qoç və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli vingerin klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.

Xəbər xətti