Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, "sarı-qırmızılar"ın əsas hədəfi "Liverpul"da çıxış edən Konstantinos Tsimikasdır. Bu barədə"Sabah" nəşri məlumat yayıb.
İstanbul təmsilçisi yunan sol cinah müdafiəçisini bir mövsümlük icarəyə götürmək istəyir. Təcrübəli arxa xətt oyunçusunun meneceri danışıqlar üçün İstanbula gedib.
Qeyd edək ki, "Liverpul" Konstantinos Tsimikası 2020-ci ilin yayında "Olimpiakos"dan transfer edib. 27 yaşlı futbolçu başa çatan mövsümdə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 28 matçda 6 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi