Başa çatan mövsümü "Konyaspor"da icarə əsasında keçirmiş Mahir Emrelinin yeni mövsümə hansı komandada başlayacağı hələ ki, dəqiq deyil.
Sportal.az saytına verilən məlumata görə, vingerin Azərbaycana qayıtmaq imkanına sahibdir. Onun adı tez-tez "Qarabağ"la hallansa da, Emrelinin xidmətində maraqlı olan Azərbaycan Premyer Liqasının fərqli komandaları var.
Belə ki, "Neftçi" də Emrelini heyətinə cəlb etməyi planlaşdırır. Yeni mövsüm daha iddialı heyət qurmaq istəyən "ağ-qaralar" Mahiri yayda "Dinamo"dan icarəyə götürmək istəyir. Klubun prezidenti Kamran Quliyevin Emreli ilə münasibəti yaxşıdır. O, bundan istifadə edərək Mahiri "Neftçi"yə keçidə razı salmağa çalışacaq. Bu keçidin baş tutub-tutmayacağı dəqiq deyil. Məsələ burasındadır ki, Avropa klublarından da Mahirə transfer təklifi gəlib.
"Bakı"nın yetirməsi olan Emrelinin “Dinamo” ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. O, “Qarabağ” və “Legiya”da da oynayıb.
saytlarin hazirlanmasi