Uruqvay dünya çempionu oldu

12:27 - 12 İyun 2023

20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatına yekun vurulub.

Sportal.az xəbər verir ki, finalda İtaliya və Uruqvay seçmələri üz-üzə gəlib. Rəqibini 1:0 hesabı ilə məğlub edən Cənubi Amerika təmsilçisi dünya çempionu olub. Qarşılaşmada yeganə qolu 85-ci dəqiqədə Lusiano Rodriqes vurub.

Cənubi Koreyanı 3:1 hesabı ilə məğlub edən İsrail isə mundialın bürünc medallarını qazanıb.

Xəbər xətti