"Qalatasaray"ın futbolçusu üçün Premyer Liqadan 35 milyon avroluq təklif

12:59 - 12 İyun 2023

"Qalatasaray"ın futbolçusu Nikolo Zanyolo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, italiyalı yarımmüdafiçinin xidmətində "Aston Villa" maraqlıdır. Bu barədə "Sporx" nəşri məlumat yayıb. Birmingem təmsilçisi 23 yaşlı vingerin müqaviləsində yer alan 35 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, "Qalatasaray" Nikolo Zanyolonu ilin fevral ayında "Roma"dan transfer edib. İtaliya millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti