İsveç yüksək liqasında yarışan "Kalmar"ın heyətini Ayxan Cabbarovla gücləndirmək istədiyi barədə xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, artıq "Kalmar" rəsmiləri futbolçunun agenti ilə danışıqlara başlayıb. Eyniadlı şəhərin təmsilçisinin skautları mövsüm başlayandan Cabbarovun formasını geyindiyi komandanın bütün ev görüşlərini izləyib.
"Kalmar"ın çalışdırıcısı Henrik Yensen Cabbarovun iyun-iyul aylarında transfer edilməsini rəhbərlikdən xahiş edib. Artıq danışıqlar aparılır. Əgər hər hansı problem çıxmasa, Cabbarov adıçəkilən komandada çıxış edəcək. "Göteborq" yetirməsi olan 20 yaşlı yarımmüdafiəçi "Savedalens" formasını geyinir.
saytlarin hazirlanmasi