"Beşiktaş"ın müdafiəçisi Romen Saiss komandadan ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, futbolçu bu barədə klub prezidenti Ahmet Nur Çebi ilə danışıb. İstanbul təmsilçisi Mərakeş yığmasının kapitanı üçün 5 milyon avro tələb edir.
Saisslə İngiltərənin "Nottingem Forest" və "Everton" klubları yaxından maraqlanır. 33 yaşlı mərkəz müdafiəçisi yenidən Premyer Liqaya qayıtmaq arzusundadır.
Qeyd edək ki, Romen Saiss 2022-ci ilin yayında "Vulverhempton"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Beşiktaş"a keçmişdi. Təcrübəli arxa xətt oyunçusu "qara qartallar"ın heyətində meydana çıxdığı 26 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi