Premyer Liqa klubundan 22 milyon avroluq transfer

20:51 - 12 İyun 2023

İngiltərənin "Brentford" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Frayburq"dan Kevin Şadeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Brentford" 21 yaşlı vingerlə 5 illik müqavilə imzalayıb. Bu transfer ingilislər üçün 22 milyon avroya başa gəlib.

Qeyd edək ki, "Brentford" Kevin Şadeni bu ilin yanvar ayında "Frayburq"dan icarəyə götürmüşdü. Almaniya U-21 millisinin üzvü Premyer Liqada meydana çıxdığı 18 matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti