Superliqa klubu Mahir üçün "Dinamo" ilə danışıq aparmağı planlaşdırır

15:39 - 29 İyun 2023

Azərbaycan milli komandasının vingeri Mahir Emreli yeni mövsümdən Türkiyə Superliqasında başlaya bilər.

Sportal.az saytına verilən məlumata görə, "Konyaspor" Emrelinin xidmətində yenə də maraqlıdır. Amma "Dinamo" azərbaycanlı üçün 2,5 milyon avro tələb edir. Türkiyə təmsilçisinin rəsmiləri 1,5 milyon avro ödəmək gücündə olduqlarını qarşı tərəfə bildiriblər. "Konyaspor" ən pis halda Mahiri icarəyə götürməyə cəhd edəcək. 

Bu arada, "Dinamo"nun baş məşqçisi İqor Bişcan Emrelinin nəyə qadir olduğunu görmək istəyir. Ante Çaçiçin dövründə oynamaq şansı qazanmayan milli üzvünün yeni sezona Zaqreb klubunda başlayıb-başlamaması məhz Xorvatiya çempionunun hazırkı baş məşqçisinin verəcəyi qərardan asılı olacaq.

Mirbağırağa
 

Xəbər xətti