Türkiyə Super Liqası təmsilçisi Emin Mahmudova təklif göndərdi

13:10 - 30 İyun 2023

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudovun yeni mövsümə hansı komandada başlayacağı hələ ki, bəlli deyil.

Sportal.az saytına verilən məlumata görə, "Neftçi"nin yeni müqavilə təklif etdiyi Mahmudova Super Liqa klubundan maraq var. Türkiyə yüksək liqasında mübarizə aparan klublardan biri Mahmudova cəlbedici maaşla iki illik müqavilə təklifi edib.

Türkiyə Futbol Federasiyasının legioner limiti ilə bağlı yeni qərarından sonra Mahmudov özü də Super Liqa klubuna keçidinə maraq göstərib. Amma milli komandamızın kapitanı "Neftçi" rəhbərliyindən də, Türkiyə klubunun rəsmilərindən də qəti cavab vermək üçün vaxt istəyib. Yaxın günlərdə Mahmudovun karyerasını "Neftçi"də, yoxsa Türkiyə klubunda davam etdirəcəyi dəqiqləşəcək.

Xatırladaq ki, Mahmudovun "Neftçi" ilə müqaviləsi başa çatıb və klub ona yeni müqavilə təklifi edib.

Qeyd edək ki, 2023/2024 mövsümündə azərbaycanlı bir futbolçu Türkiyə Super Liqasında çıxış edən komandada legioner hesab olunmayacaq. Türkiyə Futbol Federasiyasının qərarına əsasən, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və ya Türkmənistandan olan bir oyunçu hansısa klubda legioner sayılmayacaq. 

Xəbər xətti