"Liverpul" portuqaliyalı vingeri Almaniyaya göndərdi

17:40 - 30 İyun 2023

"Liverpul"un futbolçusu Fabio Karvalya karyerasını Almaniyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi portuqaliyalı yarımmüdafiəçini "Leyptsiq"ə icarəyə verib. Bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı vinger 2023/2024 mövsümünü "Leyptsiq"də keçirəcək.

Qeyd edək ki, "Liverpul" Fabio Karvalyonu 2022-ci ilin yayında "Liverpul"dan transfer edib. Gənc oyunçu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti