Azərbaycanlı güləşçi Avropa çempionu oldu

21:19 - 1 İyul 2023

Azərbaycanın sərbəst güləşçisi Ruslan Abdullayev İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında birinci yer tutub.

Sportal.az xəbər verir ki, 57 kq-da mübarizə aparan azərbaycanlı final görüşündə Anton Vlasa (Moldova) qalib gələrək qızıl medalın sahibi olub. 

O, rəqibini 10:0 məğlub edib. 

Xəbər xətti