"Fənərbaxça"dan ayrılan Jorje Jesusun yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, 68 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanında çalışacaq. Jesus "Əl Hilal"ın baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı məşqçi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Jorje Jesus 2022/2023 mövsümündə "Fənərbaxça"ya rəhbərlik edib.
saytlarin hazirlanmasi