Daha bir məşhur futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "İnter"in yarımmüdafiəçisi Marselo Brozoviç Kriştiano Ronaldonun formasını geyindiyi "Əl Nəssr"ə keçəcək. Bu barədə Fabritsio Romano məlumat yayıb.
Ərəblər xorvatiyalı yarımmüdafiəçi üçün "İnter"ə 18 milyon avro təzminat ödəyəcək. 30 yaşlı orta xətt oyunçusu 3 illik müqaviləyə qol çəkəcək və bu müddət ərzində ümumilikdə 100 milyon avro qazanacaq.
Qeyd edək ki, "İnter" Marselo Brozoviçi 2016-cı ilin yayında Zaqreb "Dinamo"sundan transfer edib. Xorvatiya millisinin üzvü başa çatan mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi