Avropa Oyunları: İdmançımız qızıl medal qazandı

13:43 - 2 İyul 2023

Azərbaycan Polşada keçirilən III Avropa Oyunlarında növbəti qızıl medalı aktivinə yazdırıb.

Sportal.az xəbər verir ki, kikboksinq yarışlarının finalında Fərid Ağamoğlanov (63.5 kq) İtaliya idmançısı Damiano Tramonrana qalib gələrək qızıl medal qazanıb.

Qeyd edək ki, Azərbaycan idmançıları III Avropa Oyunlarında 2 qızıl, 1 gümüş və 6 bürünc medal qazanmışdı.

Xəbər xətti