"Parma"nın qapıçısı Canluici Buffon karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 45 yaşlı "əlcək sahibi" cəlbedici təklif alıb. Bu barədə Nikolo Skira məlumat yayıb. Adı açılqanmayan Səudiyyə Ərəbistanı klubu təcrübəli qolkiperə illik 15 milyon avro olmaqla 2 illik müqavilə təklif edib. İtaliya millisinin sabiq üzvü hələ qərarını verməyib.
Qeyd edək ki, Canluici Buffon 2021-ci ilin yayından "Parma"da çıxış edir. O, son mövsümdə B Seriyası təmsilçisinin heyətində 19 rəsmi matçda meydana çıxıb. Buffonun klubla müqaviləsi 2024-cü ilin yayına kimidir.
saytlarin hazirlanmasi