FIFA-dan ofsaydla bağlı inqilabi qərar

15:35 - 2 İyul 2023

FIFA ofsaydla bağlı inqilabi dəyişiklik etməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, ali futbol qurumu və IFAB-ın qərarına görə, bundan sonra hücum edən tərəfin futbolçusunun bədəninin tam olaraq rəqib müdafiəçidən öndə olduğu zaman ofsayd qeydə alınacaq. Hücum edən oyunçunun bədəninin az hissəsi rəqibdən öncə olduğu zaman ofsayd qeydə alınmayacaq.

Yeni qərar ilk olaraq İtaliya, İsveç və Niderlandın aşağı liqalarında sınaqdan keçiriləcək. Sınaq uğurlu olsa, bütün futbol turnirlərində yeni ofsayd qanunu tətbiq olunacaq.

Xəbər xətti