"Fənərbaxça"nın futbolçusu "Barselona"da

15:52 - 2 İyul 2023

"Fənərbaxça"nın gənc futbolçusu Arda Gülerin yeni klubu müəyyənləşib.

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi karyerasını "Barselona"da davam etdirəcək. "Fənərbaxça"nın 18 yaşlı oyunçunun transferindən 26,5 milyon avro gəlir əldə edəcəyi bildirilir.

Tərəflər arasında əldə olunan razılığa əsasən, Arda 2023/2024 mövsümünü icarə əsasında İstanbul təmsilçisində keçirəcək.

Qeyd edək ki, "Fənərbaxça" Arda Güleri 2019-cu ildə "Genclerbirliyi" akademiyasından heyətinə cəlb edib. Türkiyə millisinin üzvü son mövsümdə "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 35 rəsmi matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti