De Xea da Səudiyyə Ərəbistanına gedir

16:40 - 2 İyul 2023

"Mançester Yunayted"lə müqaviləsi başa çatan David De Xeanın yeni klubu müəyyənləşmək üzrədir.

Sportal.az xəbər verir ki, ispan qolkiper Səudiyyə Ərəbistanına gedəcək. Bu barədə "Sun" nəşri məlumat yayıb. 32 yaşlı "əlcək sahibi"nin Kriştiano Ronaldonun formasını geyindiyi "Əl Nəssr"ə keçəcəyi gözlənilir.

Qeyd edək ki, "Mançester Yunayted" David De Xeanı 2011-ci ilin yayında Madrid "Atletiko"sundan transfer etmişdi. İspaniya millisinin üzvü son mövsümdə "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 58 matçda 61 qol buraxıb. De Xea 25 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.

Xəbər xətti