Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Reyncers"dən ayrılan Rayan Kenti rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İngiltərəli vingerlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, Rayan Kent "Reyncers"ə 2019-cu ilin yayında "Liverpul"dan keçmişdi. 26 yaşlı ön xətt oyunçusu Şotlandiya təmsilçisinin heyətində meydana çıxdığı 218 rəsmi matçda 33 qol və 56 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi