"Tottenhem"dən 40 milyon avroluq transfer

18:20 - 2 İyul 2023

"Tottenhem" icarə əsasında heyətinə qatdığı Pedro Porronun transfer hüquqlarına yiyələnib.

Sportal.az xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb. London təmsilçisi müqavilədə yer alan satınalma bəndini işə salıb. Premyer Liqa klubu ispan müdafiəçi üçün "Sportinq"ə 40 milyon avro ödəyib.

Qeyd edək ki, Pedro Porronu bu ilin yanvar ayında icarəyə götürmüşdü. 23 yaşlı sağ cinah müdafiəçisi komandanın heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti