İlkay Gündoğanla yollarını ayıran "Mançester Siti" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas hədəfi "Barselona"da çıxış edən Frenki de Yonqdur. Bu barədə "Marca" nəşri məlumat yayıb. "Şəhərlilər" 26 yaşlı yarımmüdafiəçi üçün Kataloniya təmsilçisinə rəsmi təklif göndərəcək.
Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. Niderland millisinin üzvü La Liqa təmsilçisinin heyətində keçirdiyi 183 rəsmi matçda 15 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi