"Barselona" müdafiəçini satışa çıxardı

19:15 - 2 İyul 2023

İspaniyanın "Barselona" klubu bir futbolçu ilə yollarını ayıracaq.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Serjinyo Desti heyətdə düşünmür. "Barselona" ABŞ millisinin üzvünü satışa çıxarıb. Müdafiəçi üçün gələn təkliflər dəyərləndiriləcək.

Qeyd edək ki, "Barselona" Serjinyo Desti 2020-ci ilin oktyabr ayında "Ayaks"dan transfeer edib. 22 yaşlı sağ cinah müdafiəçisi son mövsümü icarə əsasında "Milan"da keçirib.

Xəbər xətti