Almaniyanın "Borussiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi "Volfsburq"da çıxış edən Lukas Nmeçanın transferini tamamlayıb. Bu barədə "Sky Sports" məlumat yayıb.
"Borussiya" 24 yaşlı forvard üçün onun klubuna 30 milyon avro ödəyəcək. Almaniyalı hücumçu ilə 5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Volfsburq" Lukas Nmeçanı 2021-ci ilin yayında "Mançester Siti"dən transfer edib. Almaniya millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində son mövsümdə meydana çıxdığı 18 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi