Azərbaycan yığması Portuqaliyada gümüş medal qazandı

16:20 - 5 İyul 2023

Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası üzrə "ScalabisCup" beynəlxalq turniri davam edir.

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri Bilal Qurbanov, Hüseyn Əsədullayev və Aleksey Karataşov komanda hesabında gümüş medala layiq görülüb.

İdmançılar həmçinin fərdi proqramda finala vəsiqə qazanıblar.

Xəbər xətti