"Çelsi" Dibalanı transfer etmək istəyir

19:57 - 5 İyul 2023

İngiltərənin "Çelsi" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Maurisio Poçettino "Roma"da çıxış edən Paulo Dibalanı komandasında görmək istəyir. Bu barədə "Roma Press" nəşri məlumat yayıb. "Mavilər" argentinalı hücumçunun müqaviləsində yer alan 12 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, Paulo Dibala 2022-ci ilin yayında "Yuventus"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Roma"ya keçib. 30 yaşlı forvard paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 18 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti