"Lester Siti" ilə müqaviləsi başa çatan Çağlar Söyüncünün yeni komandası müəyyənləşib.
Sportal.az xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi "Atletiko"ya keçib. Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Azad agent statusunda olan türk müdafiəçi La Liqa klubu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Çağlar Söyüncü "Lester Siti"yə 2018-ci ilin yayında "Frayburq"dan transfer olunmuşdu. Türkiyə millisinin üzvü son mövsümdə "tülkülər"in heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi