Di Mariyanın yeni klubu bəlli oldu RƏSMİ

22:10 - 5 İyul 2023

"Yuventus"dan ayrılan Anxel Di Mariyanın yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, argentinalı vinger "Benfika"ya keçib. Bu barədə Portuqaliyalı klubunun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı ön xətt oyunçusu ilə 2023/24 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Anxel Di Mariya 2007-2010-cu illər arasında "Benfika"da çıxış edib.

Xəbər xətti