Fransanın PSJ klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Paris təmsilçisi "İnter"dən ayrılan Milan Şkrinyarı rənglərinə bağıayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
PSJ 28 yaşlı mərkəz müdafiəçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "İnter" Milan Şkrinyarı 2017-ci ilin yayında "Sampdoriya"dan transfer etmişdi. Slovakiya millisinin üzvü son mövsümdə "göy-qaralar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi