Fransanın PSJ klubu bu gün ikinci transferini gerçəkləşdirib.
Sportal.az xəbər verir ki, Paris təmsilçisi "Real"la müqaviləsi başa çatan Marko Asensionu rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
27 yaşlı vingerlə 2026-cı ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Marko Asensio "Real"a 2015-ci ilin yayında "Malyorka"dan transfer olunmuşdu. İspan vinger son mövsümdə "kral klubu"nün heyətində meydana çıxdığı 51 rəsmi matçda 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, PSJ bu gün "İnter"dən ayrılan Milan Şkrinyarı da heyətinə cəlb edib.
saytlarin hazirlanmasi